Hidayət Məmmədov: "Bakı metrosunda "Qırmızı xətlə" "Yaşıl xətt"in ayrılması vacibdir"

Hidayət Məmmədov: "Bakı metrosunda "Qırmızı xətlə" "Yaşıl xətt"in ayrılması vacibdir"

Bakı metrpolitenində iki xətt, yəni "Qırmızı xətt" və "Yaşıl xətt" bir müstəvidə kəsişir və "28 May" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər qatarlar yalnız bir xətlə idarə edilir.

"Birxeber.Az" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bu gün keçirilən "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" adlı konfransda deyib.

"Bu da risk daşıyan bir haldır. Odur ki bu problemin həlli ən vacib məsələlərdəndir. Xəttin ayrılması bir çox sahələri özündə birləşdirir. Bundan irəli gələn problemlər var ki, birgə həll edilməlidir", - deyə H.Məmmədov əlavə edib.

Hesab edilir, ki “Qırmızı xətlə” “Yaşıl xətt”in ayrılması metroda sərnişin sıxlığının azalmasına, sərnişinlərin mənzil başına daha tez çatmasına, ictimai nəqliyyatın yükünün artmasına, nəticə etibarilə yerüstü nəqliyyatda tıxacların aradan qalxmasına səbəb ola bilər. Sərnişin axınının parçalanması bir xəttin yüklənməsinin qarşısını alır.

Qeyd edək ki, keçid stansiyaları dünyanın hər yerində mövcuddur.

Layihəyə əsasən, xətlər ayrıldıqda “İçərişəhər - Həzi Aslanov” qırmızı xətt, “Xətai - Dərnəgül” (“Cəfər Cabbarlı” keçid stansiyası) yaşıl xətt, “Xocahəsən - 8 Noyabr” bənövşəyi xətt olacaq.