Bakıda ölümlə nəticələnən yanğın olub

Bakıda ölümlə nəticələnən yanğın olub

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Birxeber.Az"a bildirilib ki, yanan 4 otaqlı evdən 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğını yanğından mühafizə bölmələri söndürüblər.