Mərakeş parlamentinin sədri və mədəniyyət naziri Azərbaycana səfər edəcək

Mərakeş parlamentinin sədri və mədəniyyət naziri Azərbaycana səfər edəcək

Mərakeş parlamentinin Müşavirlər palatasının sədri Naam Miyara və mədəniyyət naziri Mehdi Bensaid Azərbaycana dəvət olunublar.

Bunu "Report"a müsahibəsində Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, ICESCO yanında Daimi nümayəndəsi Nazim Səmədov deyib.

O qeyd edib ki, həm keçən il səfərlərlə zəngin olub, həm də bu il müəyyən qarşılıqlı səfərlər planlaşdırılır:

"2023-cü ildə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin spikeri Sahiba Qafarova, Ombudsman Səbinə Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin sədr müavini Adil Əliyev, Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək üçün 10 mərkəzi icra hakimiyyəti orqanı nümayəndələri müavinlər səviyyəsində Mərakeşə səfər ediblər. Azərbaycana isə Mərakeş Parlamentinin Nümayəndələr palatasının sədri Rəşid Talbi El Aləmi, Ailə məsələləri naziri Auatif Hayar, əmək naziri Yunes Sekuri və digərlər səfər ediblər".

Diplomat bildirib ki, bu il həm də “Azərtac”ın rəhbəri Vüqar Əliyevin, Audiovizual Şuranın rəhbəri İsmət Səttarovun və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun Mərakeşə səfərləri planlaşdırılır.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.