Ombudsman Aparatının rəhbəri əlilliyin qiymətləndirilməsi sahəsində problemi açıqlayıb

Ombudsman Aparatının rəhbəri əlilliyin qiymətləndirilməsi sahəsində problemi açıqlayıb

Güzəştli dərman preparatlarıyla təminat, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi üçün tibbi müəssisələrinə müraciətlər cavabsız qalır.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

O bildirib ki, bu məsələlər diqqət mərkəzindədir: “Dövlətimiz tərəfindən müharibədə iştirak edən qazilərə əlilliyin təyin olunması məsələsinə, bu problemə xüsusi diqqət göstərir”.