İraq və Suriyadan Azərbaycana qaytarılan uşaq və qadınların sayı açıqlanıb

İraq və Suriyadan Azərbaycana qaytarılan uşaq və qadınların sayı açıqlanıb

2023-cü il ərzində 13-ü qadın, 47-i uşaq olmaqla, 60 Azərbaycan Respublikası vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib.