Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarının ikinci günü başlayıb - YENİLƏNİB - FOTO

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarının ikinci günü başlayıb - YENİLƏNİB - FOTO

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların ikinci günündə növbəti görüş başlayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Danışıqlar Berlində keçirilir.

Qeyd edək ki, danışılar fevralın 28-də başlayıb.

***

09:53

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək.

Birxeber.Az xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb.

Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.

Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.