Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
Britaniya qoşunlarını Malidən çıxaracaq
Böyük Britaniya BMT missiyasında iştirak edən bütün hərbçilərini Malidən çıxarır.
“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Times” yazır.
Qeyd olunub ki, Böyük Britaniyanın bölgədə “Əl-Qaidə” və “İŞİD” kimi terrorçu qruplaşmalarının fəallığının artmasına baxmayaraq, Afrika ölkəsindən bütün qüvvələrini geri çəkdiyi bildirilib.
Nəşrin məlumatına görə, Britaniya ordusunun 250-yə yaxın əsgəri BMT-nin Malidəki terrorla mübarizə missiyasında iştirak edib.
Birləşmiş Krallıq qüvvələri 2020-ci ildə Malinin şimal-şərqindəki Qao bölgəsinə yerləşdirilib, onlar BMT missiyasında iştirak ediblər.