ABŞ Türkiyəyə F-16 qırıcılarının satışının öz milli maraqlarına cavab verdiyini bildirib

ABŞ Türkiyəyə F-16 qırıcılarının satışının öz milli maraqlarına cavab verdiyini bildirib

Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının satışının ABŞ-ın öz milli maraqlarına cavab verdiyini bəyan edib.

APA xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Anadolu agentliyinə bildirib ki, Prezident Co Baydenin uzun müddətdir ki, Türkiyənin F-16 donanmasının modernizasiyasına aydın dəstək verir və bu, NATO-nun qarşılıqlı əməliyyat qabiliyyətinə qoyulan investisiyadır.

“Təklif edilən satış ABŞ-ın, Türkiyənin və bütün NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarını dəstəkləyəcək”, - Dövlət Departamentindən Anadolu agentliyinə bildirilib.

Qeyd olunub ki, silah satışı məsələsində Konqres həlledici rola malikdir və bəzi konqres üzvləri Türkiyənin İsveçin alyansa üzvlüyünü təsdiqləməsinin F-16 qırıcılarının satışının nəzərdən keçirilməsinin açarı olduğunu açıq şəkildə bəyan ediblər.