Rusiyada Fələstinin aparıcı fraksiyaları arasında danışıqlar başlayıb

Rusiyada Fələstinin aparıcı fraksiyaları arasında danışıqlar başlayıb

Rusiyanın paytaxtı Moskvada Qəzza zolağında nizamlanmaya dair Fələstinin aparıcı fraksiyaları arasında danışıqlar başlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Daha əvvəl Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl bildirmişdi ki, Fələstin təşkilatları, o cümlədən FƏTH və HƏMAS yeni vahid hökumətin formalaşdırılmasını, həmçinin Qəzzanın münaqişədən sonra yenidən qurulması məsələsini müzakirə etməyi planlaşdırır.