DB rəhbəri: “Beynəlxalq ictimaiyyət ABŞ dollarından imtina dövrünə qədəm qoymur”
Beynəlxalq ictimaiyyət hazırda ABŞ dollarından imtina və Bretton Vuds kimi yeni maliyyə sisteminin formalaşması dövrünə qədəm qoymur.
“Birxeber” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) prezidenti Devid Melpas Varşava İqtisadiyyat Məktəbində çıxışı zamanı bildirib.
O, hazırkı dünya düzəninin mümkün iflası və Çinin ABŞ dollarını devirmək niyyətləri ilə əlaqədar Bretton-Vuds sisteminə keçidə bənzər yeni dövrün başlayıb-başlamadığına dair suala belə cavab verib: “Düşünürəm ki, biz indi qətiyyən belə mərhələdə deyilik. Dünyanın əldən getdiyinə dair hissi yoxdur. Dünyanın böyük bir hissəsinin bir işdə - Ukraynada müharibəni bitirməkdə birlik olduğu hissi var. Ona görə də postdollar mərhələsində olduğumuzu hesab etmirəm”.
D.Melpasın sözlərinə görə, hazırkı dünya maliyyə sistemi baxımından kifayət qədər yaxşı işləyir. O, aktual problemlər sırasında kasıb ölkələrin yüksək borcunu qeyd edib.