Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin vəsatəti təmin edilməyib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin vəsatəti təmin edilməyib

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb.

İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. Məhkəmədə şahidlər dindirilib. Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov vəsatət qaldırıb.

Hakim təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib.

Məhkəmə 18 mart 2024-cü il tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.