"Sərhədçi" klubunun baş məşqçisi: Azərbaycan kuboku hər komanda üçün önəmlidir

"Sərhədçi" klubunun baş məşqçisi: Azərbaycan kuboku hər komanda üçün önəmlidir

Azərbaycan kuboku hər komanda üçün önəmlidir.

"Birxeber.Az" xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Kubokunun qrup mərhələsinin I turunda “Gəncə”yə 99:63 hesabı ilə qalib gəldikləri oyun barədə klubun mətbuat xidmətinə danışarkən deyib.

Türkiyəli mütəxəssis ölkə kubokunun əhəmiyyətindən və inamlı qələbədən söz açıb: “Kubokda müxtəlif variantları sınaqdan keçiririk. “Gəncə”yə qalib gəldiyimiz matçda variantlarımız işimizə yaradı. Oyunun startından müəyyən üstünlük əldə etdik. Bundan sonra digər oyunçulara da şans verdik. Rəqib güclü komandadır və zaman-zaman geridönüş etdilər. Basketbolda belə şeylər var. Biz də ona qarşı tədbir görərək qarşılaşmanı yaxşı şəkildə bitirdik".

E.Alkaya kubokdakı hədəflərdən də söz açıb: “Ümid edirəm ki, kubokda yaxşı nəticə əldə edəcəyik. Qrupumuzda yaxşı komandalar var. Biz də bütün komandalar kimi ən yüksək hədəfə çatmaq istəyirik”.