Ötən ay “Azərenerji”nin ixrac gəlirləri 2.5 dəfə azalıb

Ötən ay “Azərenerji”nin ixrac gəlirləri 2.5 dəfə azalıb

2024-cü ilin yanvar ayında “Azərenerji” ASC 28.8 milyon dollar dəyərində məhsul ixrac edib.

"Birxeber.Az-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın fevral buraxılışına istinadən xəbər verir.

Qeyd edək ki, “Azərenerji”nin ixrac gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə və ya 43.6 milyon dollar azalıb. Belə ki, ötən ilin yanvar ayında “Azərenerji”nin ixrac gəlirləri 72.4 milyon dollara bərabər olub.