Deputat mülkiyyət və ipoteka sahəsindəki problemlərin həllini zəruri sayıb

Deputat mülkiyyət və ipoteka sahəsindəki problemlərin həllini zəruri sayıb

Cəzaçəkmə müəssisələrində sıxlıq problemi qalmaqdadır.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Naqif Həmzəyev deyib.

Ombudsmanın fəaliyyətinin müsbət dəyərləndirən Naqif Həmzəyev yeni cəzaçəkmə müəssisələri ilə bağlı məsələyə toxunub: “Cəzaçəkmə müəssisələrində vəziyyəti xeyli yaxşılaşıb. Lənkəranda cəzaçəkmə müəssisəsi istifadəyə verildi. 2025 də Gəncədə də istifadəyə veriləcək. Ömürlük cəza çəkən şəxslərə başçəkmə nə yerdədir, hesabatda yer almır. Onlarda vəziyyətin necə olması barədə məLumatlar varmı? Onların tibbi yoxlanışı ilə bağlı mənə şikayətlər verilir”.

Deputat vətəndaşların mülkiyyət hüququ məsələsinə dair problemlərdən bəhs edib: “Vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. Keçmiş icra başçısının zamanında verilmiş sərəncamlar ləğv edilir və o torpaqlar başqa şəxslərə satılır və ya həmin şəxsə təkrar satılır. Bu, bizə yaraşmayan problemdir, bu problem aradan qaldırılmalıdır”.

Deputat ipoteka şərtlərinə dəyişiklik edilməsini təklif edib: “Universitetdə çalışan elmi dərəcə ala bilməyən müəllimlərə ipoteka düşmür. Məktəb müəllimləri ipoteka alır, amma baş müəllim, elmi dərəcə ala bilməyən müəllimlər bu hüquqdan yararlana bilmirlər. İpoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır. Universitetdə 15 il çalışan, elmi dərəcəsi olmayan müəllimlərə də ipoteka verilməlidir”.