Nazir: Azərbaycanda elmə ayrılan maliyyə çox azdır

Nazir: Azərbaycanda elmə ayrılan maliyyə çox azdır

"Azərbaycanda elmə ayrılan maliyyə çox azdır".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, birdən-birə maliyyə ayrılmaqla da qısa müddətdə yaxşı nəticə əldə etmək çətindir:

"Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində olan universitetlərin inkişafı və reytinq məsələsində irəliləyiş əldə etmək üçün 8 milyon manatın ayrılmasını artıq təmin etmişik".

E.Əmrullayev söyləyib ki, Azərbaycandakı bəzi labaratoriyalar 1970-ci ildə də yaradılıb, bəlkə də vaxtı ilə yaxşı işləyib, amma indi məqsədi, məram, maliyyələşməsi, nəyə xidmət etdiyi məlum deyil: "Bəlkə heç onu yaradan adam da həyatda yoxdur. Sadəcə biz onu ləğv etməyə sanki qorxuruq, amma nədən qorxuruq bu məlum deyil".