Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub.

"Birxeber.Az"un məlumatına görə, Bakı Tennis Akademiyasında keçirilən medal qarşılaşmalarından öncə Dövlət Himni səsləndirilib və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Binə və Mehdiabad komandaları arasında 3-cü yer uğrunda oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penalti zərbələrində daha dəqiq olan Mehdiabad futbolçuları turnirin bürünc medalına layiq görülüblər.

Final matçından öncə incəsənət ustalarının ifasında musiqi proqramı təşkil olunub. Tanınmış futbolçular Ruslan Abışov, Emil Balayev və Emin Mahmudovun uşaqlar üçün imza sessiyası da olub.

Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında Yeni Suraxanı komandası Sabunçunu 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirin ən yaxşı oyunçusu Rəhim Hüseyn (Yeni Suraxanı), ən yaxşı qapıçısı isə Rinat Ataxanov (Sabunçu) seçiliblər. Yarışın bombardiri mükafatına isə Nicat Qardaşov (Binəqədi, 11 qol) layiq görülüb.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev, Bakı Abadlıq Xidmətinin direktor müavini Vüqar Müfid-zadə, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev təqdim ediblər.

Mükafatlandırma mərasimində ilk üç yeri tutan komandaların üzvlərinə medal və diplomlar təqdim olunub. Nazir Fərid Qayıbov qalib komandaya turnirin baş mükafatı olan xüsusi kuboku təqdim edib.

Turnirdə iştirak edən bütün uşaqlara “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda Bakının 32 kənd və qəsəbəsinin futbol komandası oktyabrın 8-dən noyabrın 13-dək mübarizə aparıb. 350-dən çox 2010-2011-ci il təvəllüdlü uşaqların qoşulduğu turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.

Futbol Futbol
Britaniyalı milyarder "Mançester Yunayted" klubunu alır

Britaniyalı milyarder "Mançester Yunayted" klubunu alır

Futbol Futbol
Samir Abasov: "Vacib üç xal qazandıq"

Samir Abasov: "Vacib üç xal qazandıq"

Futbol Futbol
Premyer Liqa: "Səbail" və "Sabah" komandalarının start heyətləri bəlli olub

Premyer Liqa: "Səbail" və "Sabah" komandalarının start heyətləri bəlli olub

Futbol Futbol
FIFA Almaniya klubuna transfer qadağası qoyub

FIFA Almaniya klubuna transfer qadağası qoyub

Futbol Futbol
"Viktoriya"nın futbolçusu: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

"Viktoriya"nın futbolçusu: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

Futbol Futbol
"Konyaspor"un baş məşqçisi Mahir Emreli barəsində ümidlidir

"Konyaspor"un baş məşqçisi Mahir Emreli barəsində ümidlidir

Futbol Futbol
Premyer Liqa: “Şamaxı” və “Sabah” start “11-liy”ini açıqlayıblar

Premyer Liqa: “Şamaxı” və “Sabah” start “11-liy”ini açıqlayıblar

Futbol Futbol
Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Futbol Futbol
"Qəbələ"nin legioneri: "Doğum günümdə rəsmi matçda iştirak etməmişdim"

"Qəbələ"nin legioneri: "Doğum günümdə rəsmi matçda iştirak etməmişdim"

Futbol Futbol
"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

Futbol Futbol
Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının ilk çempionatına qatılacaq

Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının ilk çempionatına qatılacaq

Futbol Futbol
Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək