Azərbaycanda radiotezlikdən istifadə hüququ məhdudlaşdırılmış hüquqi şəxslər kompensasiya alacaq

Azərbaycanda radiotezlikdən istifadə hüququ məhdudlaşdırılmış hüquqi şəxslər kompensasiya alacaq

Nazirlər Kabineti “Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə kompensasiyanın ödənilməsi Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Bu Qayda “Telekommunikasiya haqqında” qanununa uyğun hazırlanıb. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına əsasən Dövlət Radiotezliklər İdarəsi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırılır. Nazirliyin qərarı ilə radiotezlik zolaqlarından istifadə hüququ məhdudlaşdırılmış istifadəçiyə tədbirin təşkilatçısının vəsaiti hesabına kompensasiya ödənilir.