MOK rəsmisi: "Bayer 04" tək Almaniyanın yox, hazırda Avropanın ən güclü komandasıdır

MOK rəsmisi: "Bayer 04" tək Almaniyanın yox, hazırda Avropanın ən güclü komandasıdır

"Bayer 04" tək Almaniyanın yox, hazırda Avropanın ən güclü komandasıdır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi barədə danışarkən deyib.

O, Azərbaycan çempionunu çətin qarşılaşma gözlədiyini söyləyib: "Məncə, "Qarabağ" yaxşı mübarizə aparacaq. Xüsusilə qeyd etməliyəm ki, komandamız artıq qələbəsini qazanıb, öz işini görüb. Onlara uğurlar arzulayıram".

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə 14-də Leverkuzendə keçiriləcək.