Rusiyada 3 nəfəri öldürən Özbəkistan vətəndaşı Qazaxıstanda saxlanılıb

Rusiyada 3 nəfəri öldürən Özbəkistan vətəndaşı Qazaxıstanda saxlanılıb

Rusiyada 3 nəfəri öldürməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı Qazaxıstanda saxlanılıb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ölkənin Türküstan vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasında üç nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Özbəkistan vətəndaşı olan şəxsin “Jibek-Jolı” keçid məntəqəsində sərhədi keçmək istəyərkən saxlanıldığı qeyd olunub.