Salyanda bir nəfər evdə yanaraq ölüb - YENİLƏNİB

Salyanda bir nəfər evdə yanaraq ölüb - YENİLƏNİB

Salyanın Həsənli kəndində yaşayış evində baş vermiş yanğın zamanı həyatını itirən şəxsin kimliyi məlum olub.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən şəxs 60 yaşlı Svetlana Qadir qızı Zeynalovadır.

***

02.44

Salyanda yaşayış evində bir nəfər yanaraq ölüb.
Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Həsənli kəndində qeydə alınıb. Yanan fərdi yaşayış evində həmin evdə yaşayan şəxsin yanmış meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.