Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub

Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub

Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayon Nehrəm qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil qəsəbə sakini, 2017-ci il təvəllüdlü Əliyev Nəsrullah Həsən oğlunu vurub. İlk olaraq, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkən, sonradan Bakı şəhərinə aparılıb və xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.