“Azov”un xüsusi təyinatlıları Mariupol istiqamətində hərəkət edir - FOTO
"Azov" alayının böyük bir qrupu ağır zirehli texnikanın köməyi ilə Ukraynanın şərqinə hərəkətlənib.
Birxeber Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri Maksim Jorin teleqram kanalında məlumat verib.
Hazırda "Azov" alayının xüsusi təyinatlılarından ibarət bir qrupu cənuba doğru irəliləyir və artıq Zaporojyeyə çatıb. Həmin qrup Mariupolu müdafiə edən döyüşçülərin köməyinə çatmağa can atır.
Qərargah rəhbəri həmin döyüşçülərin bir neçəsinin fotosunu da dərc edib.
Həmin fotoları təqdim edirik: