“X”də bütün istifadəçilər üçün audio və videozəng funksiyası yaradılıb

“X”də bütün istifadəçilər üçün audio və videozəng funksiyası yaradılıb

“X” sosial şəbəkəsi bütün istifadəçilərə audio və video zəng funksiyalarından istifadə imkanı verib.

"Report"un məlumatına görə, bu barədə “Xnews”un hesabında xəbər verilib.

"Audio və video zənglər artıq "X"də hər kəs üçün əlçatandır! İlk olaraq kimə zəng edəcəksiniz?" - mətndə deyilir.

Sahibkar İlon Mask 9 may 2023-cü ildə sosial şəbəkədəki səhifəsində yazmışdı ki, tezliklə bu platformanın hər bir istifadəçisi üçün səsli və video söhbət olacaq, onun sayəsində istifadəçilər telefon nömrələrini bir-birinə vermədən dünyanın hər yerindən insanlarla söhbət edə biləcəklər".

Bu xüsusiyyət ilk dəfə keçən ilin oktyabrında ortaya çıxdı, ancaq yalnız premium hesab sahibləri üçün mövcud idi.