HƏMAS və İsrail Qəzzaya yardımın çatdırılması üçün prinsipial razılığa gəlib

HƏMAS və İsrail Qəzzaya yardımın çatdırılması üçün prinsipial razılığa gəlib

Fələstinin Həmas hərəkatı və İsrail Qəzza zolağına humanitar yardımın daşınması ilə bağlı prinsipial razılığa gəlib.

“Hərəkatla İsrail arasında Qəzzaya [humanitar] yardımın çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunub”, - Fələstin hərəkatı rəhbərliyinin nümayəndəsi bildirib.

Birxeber.Az xəbər verir ki, HƏMAS nümayəndəsi münaqişə tərəfləri arasında bu məsələ ilə bağlı razılaşmaların təfərrüatlarını açıqlamayıb.