Trampın 454 milyon dollar cərimənin ödənilməsini təxirə salmaq tələbi rədd edilib

Trampın 454 milyon dollar cərimənin ödənilməsini təxirə salmaq tələbi rədd edilib

Nyu-York apellyasiya məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın "Tramp Təşkilatı"nın aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi ilə bağlı 454 milyon dollarlıq cərimənin ödənilməsinin təxirə salınması tələbini rədd edib.

APA xəbər verir ki, bununla belə, siyasətçinin ABŞ-də rəhbər vəzifələr tutmasına qoyulan qadağanı müvəqqəti olaraq dayandırmağa razılaşıb.

Hakim həmçinin Trampın Nyu-York əyalət banklarından kredit götürməsinə qoyulmuş üç illik qadağanı ləğv edib.

Fevralın 16-da Nyu-York məhkəməsi Trampı “Trump Organization” təşkilatının aktivlərinin qiymətləndirilməsində saxtakarlıq ilə bağlı mülki işdə təqsirli bilib və ona təxminən 355 milyon dollar ödəməyə məcbur edib.Fevralın 23-də məhkəmə qərarına əlavələr edilib və ümumi cərimə faizlə birlikdə 454 milyon dollara yüksəlib.

Tramp qərardan apellyasiya şikayəti verib.