Bayden tibbi müayinəsinin nəticələrini açıqlayıb

Bayden tibbi müayinəsinin nəticələrini açıqlayıb

ABŞ Prezidenti Cozef Baydenin tibbi müayinəsinin nəticələri əvvəlkilərdən heç nə ilə fərqlənmir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə dövlət başçısının özü deyib.

"Onlar (müayinənin nəticələri - red.) keçən ildən fərqlənmir", - Amerika lideri Ağ Evdə jurnalistlərlə görüşü zamanı vurğulayıb.

Daha sonra ABŞ Prezident Administrasiyası bəyan edib ki, dövlət başçısının onun əqli qabiliyyətlərini qiymətləndirməyə ehtiyacı yoxdur.

2023-cü ildə Baydenin terapevti onun vəziyyəti haqqında hesabat təqdim edib. Sənəddə qeyd edilib ki, Amerika lideri sağlamdır və heç bir problem olmadan öz vəzifələrini yerinə yetirə bilir.

Fevralın 28-də ABŞ Prezidenti hakimiyyətdə olduğu müddətdə üçüncü dəfə tibbi müayinədən keçib. “The New York Times”ın məlumatına görə, 81 yaşlı siyasətçi Valter Rid adına Milli Hərbi Tibb Mərkəzinin əməkdaşları tərəfindən müayinə olunub. Eyni zamanda, Ağ Evin indiki sahibi qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətində olduğundan, tibbi müayinə onun yaşı ilə bağlı narahatlıqlar səbəbindən təşkil edilib.