Şolts: NATO Ukraynadakı münaqişənin tərəfi deyil və olmayacaq

Şolts: NATO Ukraynadakı münaqişənin tərəfi deyil və olmayacaq

NATO Ukraynadakı münaqişənin tərəfi deyil və olmayacaq.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “X” səhifəsində yayımlanan videoşərhdə bildirib.

"Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsini istəmirik. Bütün müttəfiqlərimizlə bu barədə razılıq var", - Şolts vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, Almaniyanın heç bir müharibədə iştirak etməyəcək.