Niderland Ukrayna üçün 9 ədəd özüyeriyən haubitsa alıb

Niderland Ukrayna üçün 9 ədəd özüyeriyən haubitsa alıb

Niderland Çexiyanın “Excalibur Army” silah şirkətindən Ukrayna üçün 9 ədəd “Dita” özüyeriyən haubitsa sifariş edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə CTK informasiya agentliyi Niderlandın Çexiyadakı səfirinə istinadən məlumat yayıb.

Məlumata görə, haubitsalar Niderlandın Çexiyanın iki müdafiə şirkəti tərəfindən həyata keçirilən böyük sifarişinin bir hissəsidir. Müqavilələrin dəyəri göstərilmir.

Niderland daha əvvəl Çexiyadan 100 ədəd “MR-2 Viktor” hava hücumundan müdafiə sistemi sifariş edib ki, bu sistemlər əsasən pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Niderland həmçinin ABŞ və Danimarka ilə birlikdə Ukrayna Silahlı Qüvvələri üçün 100 ədəd “T-72” tankının modernləşdirilməsini maliyyələşdirib.

“Dita” haubitsası təkərli şassi üzərində artilleriya qurğusudur. Silahın çapı 155 mm, atəş məsafəsi 39 km-dir.