"Sərhədçi" Azərbaycan Kubokuna qələbə ilə başlayıb

"Sərhədçi" Azərbaycan Kubokuna qələbə ilə başlayıb

"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda daha bir oyun keçirilib.

"Birxeber.Az" xəbər verir ki, "Sərhədçi" 99:63 hesabı ilə "Gəncə"ni məğlub edib.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Cəbrayıl Əkbərov (22 xal,12 ribaund), "Gəncə"dən isə Donovan Filds (13 xal, 1 asist) olublar.