“Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın edib

“Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın edib

Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan oyun bu gün Qəbələdə baş tutub.

Apasport.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”la qarşılaşıb.

Ən yaxın rəqibindən 18 xal üstün olan Qurban Qurbanovun yetirmələri bu fərqi artırmaq, sonuncu pillədə qərarlaşan Kaxaber Sxadadzenin komandası isə ən yaxın rəqibi "Kəpəz"lə fərqi azaltmaq üçün meydana çıxıb.

Qeyd edək ki, matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandann "sükanı arxasında" debüt oyunu olub.

Azərbaycan Premyer Liqası

XXIII turdan təxirə salınan oyun

28 fevral

19:00. “Qəbələ” – “Qarabağ” 0:4

Qollar: Adama Diakabi, 47, Riçard Almeyda, 59 (p.), Nəriman Axundzadə, 66, Marko Yankoviç, 80

Qırmızı vərəqə: Feras Abu Akal, 52

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu