Hondurasda iki avtobus toqquşub, ölənlər var

Hondurasda iki avtobus toqquşub, ölənlər var

Hondurasın qərbindəki San Xuan de Opoa bələdiyyəsində iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 16 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə EDN telekanalı məlumat yayıb.

Məlumata görə, daha bir neçə nəfər xəsarət alıb.

Polis yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır.