Bərdədə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Bərdədə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Bərdədə baş verən ağır avtoqəza nəticəsində yaralananların kimliyi məlum olub.

"Birxeber.Az"un Qarabağ bürosunun məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu, 1991-ci il təvəllüdlü Qasımov Elçin Natiq oğlu xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı həmçinin 2 nəfər ölüb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

20:44

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un Qarabağ bürosu xəbər verir ki, hadisə Saatlı kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır