Bərdədə yol qəzasında 2 nəfər ölüb

Bərdədə yol qəzasında 2 nəfər ölüb

Bərdədə ağır yol qəzası baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. "Mercedes Benz" markalı minik avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107" marakl avtomobildə olan iki nəfər aldıqları ağır xəsarətlərdən ölüb. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.