"Bizim həyət" layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib - FOTO

"Bizim həyət" layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib - FOTO

Aprelin 12-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Birxeber xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib.

Yenilənmiş həyət Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 24, 26 və Aşıq Ələsgər küçəsi 2 ünvanlarında 1300 nəfər sakinin yaşadığı 3 çoxmərtəbəli yaşayış binasını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qruplarından olan insanların açıq havada istirahəti üçün əlverişli şərait yaradılıb, o cümlədən çoxsaylı söhbətgah və oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol və basketbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, velosiped yolu çəkilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, qaz, su və istilik xətləri yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 500-ə yaxın müxtəlif cinsli ağaclar və kollar əkilib, 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Sosial Sosial
Məşhur bazarın dövlətə 250 min manat borcu var: İŞ MƏHKƏMƏDƏDİR

Məşhur bazarın dövlətə 250 min manat borcu var: İŞ MƏHKƏMƏDƏDİR

Sosial Sosial
Minatəmizləmə üçün gətirilən texnika və avadanlıqlar idxal rüsumundan azad edilir

Minatəmizləmə üçün gətirilən texnika və avadanlıqlar idxal rüsumundan azad edilir

Sosial Sosial
Deputat: “Vətənpərvərliyi gücləndirən amillərdən biri idman uğurlarımızdır”

Deputat: “Vətənpərvərliyi gücləndirən amillərdən biri idman uğurlarımızdır”

Sosial Sosial
Bakı-Quba-Rusiya magistral yolu əsaslı təmir olunacaq

Bakı-Quba-Rusiya magistral yolu əsaslı təmir olunacaq

Sosial Sosial
Xocasəndə mindən çox ağacı əkilib - FOTO

Xocasəndə mindən çox ağacı əkilib - FOTO

Sosial Sosial
Azərbaycanda məktəbdə rüşvət qalmaqalı 

Azərbaycanda məktəbdə rüşvət qalmaqalı 

Sosial Sosial
Polisin arvadını şöbədə güllələdiyi görüntülər yayımlandı -

Polisin arvadını şöbədə güllələdiyi görüntülər yayımlandı -

Sosial Sosial
Elektron siqaretlərə gömrük rüsumu alınacaq -

Elektron siqaretlərə gömrük rüsumu alınacaq -

Sosial Sosial
Ukraynada əsir düşən azərbaycanlı “Arzunun vaxtı”nda danışdı - VİDEO

Ukraynada əsir düşən azərbaycanlı “Arzunun vaxtı”nda danışdı - VİDEO

Sosial Sosial
İTV-yə baş direktor seçildi

İTV-yə baş direktor seçildi

Sosial Sosial
Kirayə mənzillərin qiymətləri UCUZLAŞACAQ? - AÇIQLAMA

Kirayə mənzillərin qiymətləri UCUZLAŞACAQ? - AÇIQLAMA

Sosial Sosial
Hacı Şahin Həsənli Ayın görünməsilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ - VİDEO

Hacı Şahin Həsənli Ayın görünməsilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ - VİDEO