Kuba Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Kuba Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Birxeber.Az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Sizin rəhbərliyinizlə bundan sonra da möhkəmləndirilməsi istiqamətində Kubanın qətiyyətli mövqeyini bir daha ifadə edirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".