FHN Gəncədə yanğın barədə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Birxeber-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Atatürk prospektində yerləşən fəaliyyət göstərməyən xalça kombinatının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.