Azərbaycan səfiri etimadnaməsini Slovakiya Prezidentinə təqdim edib
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli etimadnaməsini Slovakiya Prezidenti Zuzana Caputovaya təqdim edib.
Birxeber xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter"də bildirib.
Slovakiya Prezidenti Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb.