Masallıda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq 

Masallıda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq 

Masallı rayonunda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Report"un məlumatına görə, Masallı rayonu Ərkivan qəsəbəsindən keçən diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının martın 1-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.