Almaniya səfiri: Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yaranıb

Almaniya səfiri: Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yaranıb

Almaniya səfiri Ralf Horlemann Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib.

Birxeber.Az xəbər verir ki, diplomat bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Almaniya səfiri ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.

Səfir qeyd edib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.