AMB: Bu ilin sonuna pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisi 25% olacaq

AMB: Bu ilin sonuna pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisi 25% olacaq

2024-cü ilin sonuna ödəniş sektoru üzrə pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin 25% olması hədəflənir.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Habelə, cari ilin sonuna nağdsız əməliyyatların adambaşına düşən illik sayı – 130 ədəd, ani ödənişlərin MÖS əməliyyatlarında çəkisi – 5%, kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisi – 60%, cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisi – 83% olacaq.