Rusiya Azərbaycan ərazisi vasitəsilə "Agroexpress" layihəsini yenidən işə salmağı planlaşdırır

Rusiya Azərbaycan ərazisi vasitəsilə "Agroexpress" layihəsini yenidən işə salmağı planlaşdırır

“Rusiya Dəmir Yolları” Azərbaycanın tranzit ölkə kimi çıxış edəcəyi “Agroexpress” layihəsini yenidən işə salmağı planlaşdırır.

"Birxeber.Az" Rusiya KİV-ə istinadən xəbər verir, bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun müşaviri Alevtina Kirillova deyib.

Onun sözlərinə görə, Azərbaycan ənənəvi olaraq Rusiyaya böyük həcmdə meyvə və tərəvəz ixrac edir: "Hətta bir zamanlar “Agroexpress” layihəsinə də start verilmişdi. Təəssüf ki, bu gün bu layihə gözlədiyimiz kimi fəal inkişaf etmir. Lakin biz Rusiyanın Şərqə üz tutmasını və Rusiya kənd təsərrüfatı məhsullarının yeni istehlakçılarının meydana çıxmasını nəzərə alaraq onu yenidən işə salmağı planlaşdırırıq".

O qeyd edib ki, Azərbaycan bu məsələdə məhsulların tranziti rolunu oynayacaq və “Azərbaycan Dəmir Yolları” QSC əlavə tarif gəlirləri əldə edəcək.

A.Kirillova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu daşımaları hər zaman dinamik şəkildə inkişaf edib.