SN: Qızılcaya yoluxmuş uşaqlar 20 günə yaxın kollektivdən təcrid olunmalıdırlar

SN: Qızılcaya yoluxmuş uşaqlar 20 günə yaxın kollektivdən təcrid olunmalıdırlar

Qızılcaya yoluxmuş uşaqlarda quru öskürək ola bilər və bu 10 günə yaxın davam edə bilər.

Birxeber.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova deyib.

Həkim bildirib ki, xəstələr 5, ağırlaşma hallarında isə 10 gün təcrid olunmalı, təxminən 20 gün kollektivə daxil olmamalıdırlar:

“Xəstələrin olduğu otaqların havası tez-tez dəyişdirilməlidir. Qızılcanın spesifik müalicə üsulu yoxdur. Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir”.

İnfeksionist deyib ki, uşaqlar qızılcaya yoluxduğu zaman təcrid olunaraq müalicə olunmalıdırlar. O həmçinin bildirib ki, qızılcaya yoluxmadan 72 saat sonra peyvənd vurularsa, ağırlaşmanın qarşısını almaq olar.