Gəncədə Ailə Sağlamlıq Mərkəzində istifadə edilməyən narkotik vasitələr həkimlər tərəfindən təhvil verilməyib

Gəncədə Ailə Sağlamlıq Mərkəzində istifadə edilməyən narkotik vasitələr həkimlər tərəfindən təhvil verilməyib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi aşkarlanıb.

Hesablama Palatasından Birxeber.Az-ya verilən xəbərə görə,Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılan audit zamanı toplanmış audit sübutları ilə Xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkar edilib.

Narkotik vasitələrin ehtiyatının tibb müəssisələrinin şöbələrində tələbat normalarına əməl edilməyib, Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.