Şəhərsalma Forumunun XIII sessiyasının Bakı şəhərində keçirilməsinə dair saziş təsdiqlənəcək

Şəhərsalma Forumunun XIII sessiyasının Bakı şəhərində keçirilməsinə dair saziş təsdiqlənəcək

Milli Məclisə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında” qanun layihəsi daxil olub.

Birxeber.Az-nın xəbərinə görə, qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirəyə çıxarılacaq.