İranda mina partlayışı baş verib, ölən və yaralananlar var

İranda mina partlayışı baş verib, ölən və yaralananlar var

İranda mina partlayışı baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Xuzistan vilayətində mina partlayışı nəticəsində 19 yaşlı oğlan ölüb, üç nəfər isə yaralanıb.

Xəsarət alan 57 yaşlı qadın, 10 və 12 yaşlı uşaqlar xəstəxanaya çatdırılıb.