"Azəristiliktəchizat" auditor seçib

"Azəristiliktəchizat" auditor seçib

"Azəristiliktəchizat" ASC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Birxeber.Az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 11,8 min manat ödəniləcək.