Mariya Zaxarova: Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır

Mariya Zaxarova: Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır

Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır.

“Birxeber.Az” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Qərb ölkələri ilə Ukrayna arasında təhlükəsizlik təminatlarına dair razılaşmalar bunun göstəricisidir: “Bu onu deməyə əsas verir ki, Qərb Ukrayna böhranının siyasi-diplomatik həllində maraqlı deyil”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb.