“Qarabağ”ın futbolçusu: Xabi Alonso Zidan kimi, həm dahi futbolçu, həm də məşqçidir

“Qarabağ”ın futbolçusu: Xabi Alonso Zidan kimi, həm dahi futbolçu, həm də məşqçidir

“Xabi Alonso Zidan kimi, həm dahi futbolçu, həm də məşqçidir”.

“Birxeber.Az” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Andrey Lunyov “Championat” saytına müsahibəsində deyib.

32 yaşlı qapıçı UEFA Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonsonu əfsanəvi fransalı Zinəddin Zidanla müqayisə edib: “Alonso yüksək səviyyəli futbolçu idi. Onun tələblərini başa düşmək asandır. Super ideyalar yoxdur, amma icra keyfiyyəti və tələblər öz nəticəsini verir. Təcrübə göstərir ki, yaxşı oyunçular çox vaxt sonradan böyük məşqçiyə çevrilirlər. Məsələn, Zinəddin Zidan “Real”la üç dəfə Çempionlar Liqasının qalibi oldu. Böyük oyunçu həm də böyük məşqçi kimi tarixə düşdü. Alonso da belədir”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.