BQXK Muncuqlu kəndində su təchizatının yaxşılaşdırılması üzrə pilot layihə həyata keçirib

BQXK Muncuqlu kəndində su təchizatının yaxşılaşdırılması üzrə pilot layihə həyata keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları Tovuz rayonunun Muncuqlu kəndində su təchizatının yaxşılaşdırılmasına kömək etmək üçün yağış suyunun yığılması pilot layihəsini həyata keçiriblər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə BQXK-nin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Muncuqlu kəndində bəzi bulaqların quruması ilə əlaqədar burada yaşayan əhali su problemi ilə üzləşib:

"Tovuz rayonunda yağış sularının yığılması insanların həyatını dəyişir. Sakinlərin su təchizatının yaxşılaşdırılmasına kömək etmək üçün Yağış suyunun yığılması pilot layihəsini həyata keçirdik".