Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

"Report"un xəbərinə görə, ölkə Konstitusiyası 26 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Daxili siyasət Daxili siyasət
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Daxili siyasət Daxili siyasət
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Daxili siyasət Daxili siyasət
İri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib

İri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib

Daxili siyasət Daxili siyasət
Prezident daxili işlər nazirinin müavinini təltif edib

Prezident daxili işlər nazirinin müavinini təltif edib

Daxili siyasət Daxili siyasət
Konsepsiya: "Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır"

Konsepsiya: "Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır"

Daxili siyasət Daxili siyasət
QHT-lər beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar 

QHT-lər beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar 

Daxili siyasət Daxili siyasət
Kürdəmirdə Xocalı faciəsinin qurbanları yad edilib

Kürdəmirdə Xocalı faciəsinin qurbanları yad edilib

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
Göygöl RİH-in əməkdaşı yaş həddi ilə bağlı təqaüdə göndərilib

Göygöl RİH-in əməkdaşı yaş həddi ilə bağlı təqaüdə göndərilib

Daxili siyasət Daxili siyasət
Tahir Budaqov: “Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”

Tahir Budaqov: “Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Daxili siyasət Daxili siyasət
Vilayət Zahirov: "Elə bələdiyyə sədrləri var ki, verdiyimiz müəyyən təklifləri qəbul etmirlər"

Vilayət Zahirov: "Elə bələdiyyə sədrləri var ki, verdiyimiz müəyyən təklifləri qəbul etmirlər"